• MARKA VƏ MƏHSUL

    TƏCRÜBƏSİ

  • İŞÇİ VƏ MÜŞTƏRİ

    QARŞILIQLI TƏSİRİ

  • FİKİR VƏ ANLAYIŞ

    DİZAYNI

  • BİZ

BİZ ƏLAQƏLƏR QURMAĞIN GÜCÜNƏ İNANIRIQ

TG
BİZ ƏLAQƏLƏR QURMAĞIN
GÜCÜNƏ İNANIRIQ

Bundan tam 27 il öncə çıxdığımız yolda, inkişaf edən texnologiya və dəyişən dünya ilə birlikdə trendlər, müştəri davranışları, gözləntilər və ehtiyaclar dəyişərkən biz də müştərilərimizə ən yaxşı xidməti təqdim etmək üçün özümüzü inkişaf etdirdik və dəyişdik.

27 ildə öyrəndiklərimizlə dizayndan texnik quruluşa, catering – dən marka təcrübəsi və strategiyaya qədər, müştərilərimizin hədəf kütləsinə vermək istədiyi mesajı ən təsirli şəkildə çatdıra bilən layihələr həyata keçirərək onlarla markanın iş ortağı olduq.

Dünyadakı ən yeni trendləri, ən yeni texnologiyaları izləyir və sizə gətiririk. 27 ildir bir təşkilati şirkətdən daha çoxu olmağa çalışır, sizə ən yeni fikirlər və layihələr təqdim etməyə davam edirik.

  • YANAŞMAMIZ

BİR MARKANIN HEKAYƏSİNİ TƏCRÜBƏYƏ ÇEVİRMƏK

BAKIŞ AÇIMIZBİR MARKANIN HEKAYƏSİNİ
TƏCRÜBƏYƏ ÇEVİRMƏK

Bir markanın özünü necə təsvir etdiyi ya da anlatdığından çox, müştərisi və hədəf kütləsilə qurduğu əlaqənin və yaratdığı təcrübənin daha önəmli olduğuna və bu təcrübənin ən yaxşı, ən təsirli və ən mənalı satış vasitəsi olduğuna inanırıq.

Hədəfimiz bir markanın mesajını və hekayəsini təcrübəyə çevirərək həm işçilərini həm də müştərilərini bir MARKA ELÇİSİ halına gətirmək və WOM təsiri yaratmaq.

BİZİM İŞİMİZ İNSANA TOXUNMAQ

Gördüyümüz hər işin təməlində insan var. Bir markanın həm işçilərinə həm də müştərilərinə birə bir toxunaraq onların marka təsəvvürünü gücləndirir, markaya qarşı müsbət bir davranış şəkli yaradaraq iş hədəflərinə çatmasına kömək oluruq.

MÜŞTƏRİLƏRİMİZ

NƏLƏR EDİRİK

Hədəf kütlənizə xitab edən ən doğru strateji mesajı təcrübə ilə vermək, ənənəvi marketing üsullarından daha çox təsirli bir üsul. Elə bu səbəbdən hədəf kütlənizin görə bildiyi, hiss edə bildiyi, toxuna bildiyi, markanız ya da məhsulunuzla qarşılıqlı təsir yarada bildiyi ən təsirli təcrübəni yaradacaq təqdimat fikirlərini ortaya çıxarırıq.

  • Marka/Məhsul Təqdimatları
  • Mətbuat Konfransları
  • Gala gecələri və Mükafatlandırma Mərasimləri

Siz müştərilərimizlə birlikdə hədəf kütlənin ehtiyaclarına və davranışlarına uyğun toplantı ya da fəaliyyət mühitini yaradıb, müştərilərimiz və işçilərinizlə sizi bir araya gətirir, mövcud əlaqələri gücləndirən və toxunduğumuz hər fərdi bir marka elçisi edən fikirlər inkişaf etdiririk.

  • Müştəri & İşçi Fəaliyyətləri
  • Incentive Səyahət
  • Satış & Motivasiya Toplantıları
  • C-Level Toplantıları

Marketing müştəri ilə başlayır. Müştərilərə çatmaq, onları məlumatlandırmaq, təsir etmək ya da bölüşdürülə bilən bir təcrübə yaratmaq… Hər şey ilk öncə hədəf kütlənizi anlamaq və tanımaqla başlayır. Bu istər müştəriniz, istər işçiniz, istərsə sərmayəçiləriniz olsun, strategiyaçılarımız hədəf kütlənizə və vermək istədiyiniz mesaja xüsusi fikirlər inkişaf etdirərək hədəflədiyiniz təcrübəni yaradır, iştirakçılarınıza ilham verir.

  • İnteraktiv Tetbiqler
  • Strategiya & Planlama
  • Dizayn & Anlayış İnkişafı
  • Road Show – lar


MƏHSUL və MARKA
TƏQDİMATLARI

Hədəf kütlənizə xitab edən ən doğru strateji mesajı təcrübə ilə vermək, ənənəvi marketing üsullarından daha çox təsirli bir üsul. Elə bu səbəbdən hədəf kütlənizin görə bildiyi, hiss edə bildiyi, toxuna bildiyi, markanız ya da məhsulunuzla qarşılıqlı təsir yarada bildiyi ən təsirli təcrübəni yaradacaq təqdimat fikirlərini ortaya çıxarırıq.

  • Marka/Məhsul Təqdimatları
  • Mətbuat Konfransları
  • Gala gecələri və Mükafatlandırma Mərasimləri


İŞÇİ və MÜŞTƏRİ
MOTİVASİYASI

Siz müştərilərimizlə birlikdə hədəf kütlənin ehtiyaclarına və davranışlarına uyğun toplantı ya da fəaliyyət mühitini yaradıb, müştərilərimiz və işçilərinizlə sizi bir araya gətirir, mövcud əlaqələri gücləndirən və toxunduğumuz hər fərdi bir marka elçisi edən fikirlər inkişaf etdiririk.

  • Müştəri & İşçi Fəaliyyətləri
  • Incentive Səyahət
  • Satış & Motivasiya Toplantıları
  • C-Level Toplantıları


MARKA TƏCRÜBƏSİ
LAYİHƏLƏRİ

Marketing müştəri ilə başlayır. Müştərilərə çatmaq, onları məlumatlandırmaq, təsir etmək ya da bölüşdürülə bilən bir təcrübə yaratmaq… Hər şey ilk öncə hədəf kütlənizi anlamaq və tanımaqla başlayır. Bu istər müştəriniz, istər işçiniz, istərsə sərmayəçiləriniz olsun, strategiyaçılarımız hədəf kütlənizə və vermək istədiyiniz mesaja xüsusi fikirlər inkişaf etdirərək hədəflədiyiniz təcrübəni yaradır, iştirakçılarınıza ilham verir.

  • İnteraktiv Tetbiqler
  • Strategiya & Planlama
  • Dizayn & Anlayış İnkişafı
  • Road Show – lar

RƏQƏMLƏRLƏ 27 İLİMİZ

  • 147

    MARKA

  • 2438

    PROJE

  • 3M

    İNSAN

  • 18

    ÖLKƏ

RƏQƏMLƏRLƏ 27 İLİMİZ

MARKA və HƏDƏF KÜTLƏSİ ARASINDAKI ƏLAQƏNİ QÜVVƏTLƏNDİRMƏK

MARKA və HƏDƏF KÜTLƏSİ ARASINDAKI
ƏLAQƏNİ QÜVVƏTLƏNDİRMƏK

Təqdim etdiyimiz yaradıcı və markaya özəl həll yolları ilə 27 ildir fərqli sektorlardan ən yaxşılar və ən böyüklər üçün şirkət toplantıları, konfranslar, məhsul təqdimatları, mətbuat konfransları və təcrübə layihələri yaradaraq onların hekayəsini və vermək istədikləri mesajı ən gözəl şəkildə hədəf kütlələrinə çatdırdıq.

Və nəhayət, həyata keçirərkən həm zövq aldığımız həm də fərq yaratdığımız yüzlərlə layihələrdən bəziləri…

  • AP – DAŞINMAZ ƏMLAK

    TƏQDİMAT

  • AVON – WEB SƏHİFƏ

    TƏQDİMAT

  • BAYER SIENCE FOR BETTER LIFE

    ROAD SHOW

  • BAYER MANAGEMENT MEETING

    TOPLANTI

  • 4 – CÜ BOĞAZİÇİ ZİRVƏSİ

    ZİRVƏ

  • GILEAD – İDARƏÇİLƏR TOPLANTISI

    TOPLANTI

  • KOÇ HOLDİNG ÜDYT və VEHBİ KOÇ MÜKAFATLARI

    TOPLANTI

  • KRAL TV MUSİQİ MÜKAFATLARI

    GALA

  • MİLLİYET İDMAN MÜKAFATLARI

    GALA

  • ROLLS ROYCE

    TƏQDİMAT

  • TSKB 60 – CI İL

    GALA

  • YAPI KREDİ - İDARƏÇİLƏR TOPLANTISI

    TOPLANTI

  • AVON ENERJİ TOPLANTILARI

    TOPLANTI

4 – CÜ BOĞAZİÇİ ZİRVƏSİ

4 – CÜ BOĞAZİÇİ ZİRVƏSİ

2010 – cu ildən bu yana Beynəlxalq Əməkdaşlıq Platforması (BƏP), hər il üç gün davam edən Boğaziçi Zirvəsini təşkil etməkdədir. Məqsədi, dünyanın inkişafında faydalı olmaq üçün qərarverici orqanların: siyasət və iş dünyası liderlərinin; təhsildə, sənətdə, medyada qabaqcıl insanların, xeyriyyəçilərin, qeyri-hökumət təşkilatları və ictimai arena ilə bir mühitdə toplaşdığı bir müzakirə sahəsi təqdim etməkdədir.

Bu yüksək səviyyəli tədbirin dördüncüsü tərəfimizdən təşkil edilərkən, dönəmin Prezidenti Abdullah Gül, Four Seasons Hotel – də 3 gün boyunca davam edən konfranslara və tədbirlərə qatıldı. Tədbir, Sait Halim Paşa Sarayında seçilən dəvətlilərimizə təqdim olunan möhtəşəm bir axşam yeməyi və mükafatlandırma mərasimi ilə başa çatdı.

BAYER SCIENCE FOR A BETTER LIFE

BAYER SCIENCE FOR A BETTER LIFE

Dünya çapında 118.900 işçisilə səhiyyə, qidalanma və qabaqcıl texnologiya sahələrində insanlığa faydalı olmaq və həyat şəraitini yüksəltmək üçün xidmət verən Bayer, quruluşunun 150 – ci ilinə xüsusi olaraq dizayn edilmiş road show – nun Türkiyə hissəsi tərəfimizdən gerçəkləşdirildi.

SCIENCE FOR BETTER LIFE – cümləsindəki hər hərfindən ibarət və hər hərfin bir məna kəsb etdiyi, interaktiv qutulardan ibarət bu sərgi, həm İstanbulda İstinya Park AVM – də həm də Ankaradakı Kent Park AVM – də insanların rəğbətinə təqdim olundu.

2500 insanın ziyarət etdiyi bu fəaliyyətdə, ziyarətçilərimiz interaktiv oyunlar və tətbiqlərlə bənzərsiz bir marka təcrübəsi yaşayarkən 150 illik nəhəng bir şirkətin hekayəsini öyrənmiş oldular.

DİVAN AÇILIŞI

DİVAN AÇILIŞI

GRUPAMA FİLM RESTORASYON

GRUPAMA FİLM RESTORASYON

KOÇ HOLDİNG ÜDYT və VEHBİ KOÇ MÜKAFATLARI

KOÇ HOLDİNG ÜDYT və VEHBİ KOÇ MÜKAFATLARI

Koç Birliyi, fərqli sektorlarda 70 – dən çox markası, on minlərlə işçisilə dəyişmənin hər zaman bir addım önündə gedərək sadəcə Türkiyənin deyil, Avropanın da ən böyük və müvəffəqiyyətli qruplarından biri olmuşdur. Hər il təşkil etdikləri Yüksək Səviyyəli İdarəçilər Toplantısı və Vehbi Koç Mükafatları isə; seçilmiş qonaqların iştirakı ilə artıq ənənə halını almış bir tədbirdir.

“Fərqliyik, fərq yaradırıq” ifadəsinə söykənərək layihəsini hazırladığımız tədbirdə, Four Seasons Hotel – də 350 dəyərli qonağı qəbul etdik. Xaricdən xüsusi olaraq dəvət etdiyimiz sənətçilərlə Türkiyədə ilk dəfə təşkil olunmuş kölgə nümayişi, çəkilişlərini bizim təşkil etdiyimiz və şəhər şəhər dolaşaraq 1 aylıq əməklə hazırladığımız, tədbirə xüsusi olaraq Hayat Bayram Olsa filmi böyük bir rəğbət topladı. Bütün bunlara əlavə olaraq Suna Kıraç üçün 50 – ci il sənədli filmi, xüsusi hədiyyələr və sürprizlər hazırladıq.

Hörmətli Rahmi Koçun ilk dəfə bir tədbirdə əvvəldən sona qədər iştirak etməsi isə bizim üçün lap ayrı bir qürurverici məqam idi. Hörmətli Ali Koç, Tourismo Group – a xüsusi olaraq minnətdarlıq nitqi ilə bizlərə gördüyümüz işi niyə bu qədər çox sevdiyimizi bir dəfə daha xatırlatdı.

KRAL TV MUSİQİ MÜKAFATLARI

KRAL TV MUSİQİ MÜKAFATLARI

Türkiyə musiqi sektorunun ən önəmli və böyük tədbiri olan və canlı olaraq yayınlanan “Kral Türkiyə Müzik Ödülleri” , musiqi dünyasında ilin ən yaxşılarının müəyyən olunduğu, izlənilmə reytingi olduqca yüksək bir layihədir.

O zamana qədər təşkil olunmuş ən bahalı mükafat olma xüsusiyyəti daşıyan brilyantlarla bəzədilmiş mükafat dizaynımızdan dəvətnamə dizynımıza, ekran animasiyalarından, hələ də istifadə edilməkdə olan Kral TV logosuna qədər hər şey TG komandası tərəfindən layihələndirildi. Son dərəcə zəngin bir tərkibə sahib bu bənzərsiz gəcə; təxminən 3 min nəfərin iştirak etdiyi, həm qonaqlar həm ekran başındakı tamaşaçılar həm də biz Tourismo Group ailəsi üçün unudulmaz anlar və təcrübələrlə dolu bir gecə oldu.

MİLLİYET İDMAN MÜKAFATLARI

MİLLİYET İDMAN MÜKAFATLARI

Türkiyənin yaşlısı olma özəlliyini əlindən buraxmayan və 1954 – dən bəri bir idman klassiki halına gəlmiş Milliyet Ənənəvi İlin İdmançısı, 60 – cı ilin qürurunu yaşayarkən , Türkiyədə idmanın ən yaxşılarının seçildiyi bu görkəmli gecəni hazırlayıb təşkil etmənin qüruru TG olaraq biz yaşadıq.

Canlı olaraq yayınlanan bu möhtəşəm mükafatlandırma mərasimində idman, sənət və iş dünyasının bir-birindən tanınmış adları qonaq edildi və irəliləyən saatlarda Zeynep Doruk səhnə aldı. Dekoru, Brandingləri, ekran animasyonlarını və tanıtma filmini layihə komandamızın hazırladığı, təşkilati komandamızın isə hər saniyəsini dəqiqliklə düşündüyü qüsursuz bir gecə hazırlayıb ortaya çıxardıq.

ROLLS ROYCE
TƏQDİMAT

ROLLS ROYCE
TƏQDİMAT

Bütün dünyada lüks və prestij deyilincə ilk ağıla gələn avtomobil markası olan və 1906 – dan bəri uğur və luksu təmsil edən qüsursuz maşınlar istehsal edən Rolls Royce – un rəsmi nümayəndəsi olan Royal Motors, Türkiyədəki ilk dilerini İstanbul Boğazının sahilindəki Kuruçeşmedə açarkən, təqdimat və VIP sınaq test tədbiri TG nin yaradıcı və təcrübəli komandasına həvalə etdi.

Yaratdığımız layihə və dizaynla qonaqlarımıza unudulmaz bir Rolls Royce təcrübəsi yaratdıq. “Səlahiyyətli bir Rolls Royce dileri ola bilmək, mənim üçün uşaqlıq xəyalımın gerçəkləşməsi deməkdir” deyən Rolls Royce Motors Cars İstanbulun sahibi və Royal Motors – un Rəhbəri Artuğ Aysal, bu açılışın 32 ildir xəyalını qurduğu bir an olduğunu bildirdi. Biz də bu xəyalın bir parçası olmaqdan fəxr hissi keçirir, qürur duyuruq.

TSKB 60 – CI İL

TSKB 60 – CI İL

TSKB 1950 – dən bu yana təşkilati bankçılıq, sərmaye bankçılığı və müşavirlik xidmətləri ilə Türkiyənin davamlı böyüməsinə dəstək verən, Türkiyənin ilk özəl sərmayəli inkişaf və investisiya bankıdır. 60 illik uğurunu həm müştərilərilə həm də işçilərilə ən yaxşı şəkildə bölüşmək üçün bizdən maraqlı və mənalı tədbir hazırlamamızı istədilər.

İki fərqli böyük event olaraq hazırladığımız bu mənalı qeydetmələr: ilk olaraq Esma Sultan Sarayında 550 nəfərlik TSKB komandası Candan Erçetin müşaiyətilə gerçəkləşdi. Ardından müştərilər üçün hazırladığımız gecədə isə Fatih Erkoç ilə bərabər maraqlı dəqiqələr yaşandı.

YAPI KREDİ - İDARƏÇİLƏR TOPLANTISI

YAPI KREDİ - İDARƏÇİLƏR TOPLANTISI

1944 – cü ildə Türkiyənin ilk milli çaplı özəl bankı olaraq qurulan Yapı Kredi, xüsusi bankçılıq yanaşması ilə və texnologiya sahəsindəki liderliyi sayəsində sektorda bir çox ilkə imza atarkən “Xidmətə Sərhəd Yoxdur !” deyir. Yapı Kredi, eyni yanaşma ilə işçilərinin motivasiyasını da ən üst səviyyədə tutmaq üçün təşkil etdiyi bir-birindən özəl tədbir və fəaliyyətlərini biz Tourismo Group – un təcrübəli kadrlarına həvalə edir.

4 ildir uğurla təşkil etdiyimiz YAPI KREDİ YÜKSƏK SƏVİYYƏLİ İDARƏÇİLƏR TOPLANTISI Bunlardan sadəcə bir dənəsi, uzun və fasiləsiz bir hazırlığın neticəsində 3 gün boyunca bənzərsiz təcrübələr, motivasiya fəaliyyətləri və strateji toplantılar fonunda, 1200 yüksək səviyyəli idarəçinin iştirakı gerçəkləşir. Yüksək Səviyyəli İdarəçilər Toplantısı, yaradıcı dizayn və düşüncənin qüsursuz tətbiqin və tədbirlə birləşməsindən doğmuş nəhəng bir layihədir.

Yapı Kredi idareçilərindən ibarət 300 nəfərlik heyəti Parisə unudulmaz bir səyahət təcrübəsi yaşamağa apardıq. Uçuş biletlərindən qonaqlamaya, şəhər turlarından gala gecəsinə qədər hər bir addımı ən incə parçalarına qədər planladık. Təknə gəzintiləri, muzey, katedral, əyləncə məkanları və Eiffel Qülləsi ziyarətlərindən ibarət həcmli bir gəzinti təşkil etdik.

AP DAŞINMAZ ƏMLAK
TƏQDİMATI

AP DAŞINMAZ ƏMLAK
TƏQDİMATI

Mənzil Layihələri, Şəhərləşmə və külək enerjisi sektorlarında milyard dollarlıq sərmayələrə imza atan Polat Holding Kağıthane – də inşa etdiyi ən önəmli layihələrdən biri Polat Ofis üçün özəl bir təqdimat konsepti dizayn etməyimizi istədi.

Dəvətnamələrdən daxili məkan dizaynına, branding – lərdən ikramlara qədər hər şeyin diqqətlə dizayn edilib qüsursuz tətbiq edildiyi, dünya şöhrətli violançel ifaçısı Anna Roucherin unudulmaz performansının müşayətilə rahatlıq və prestijin tanıdıldığı təqdimatda 400 qonağa bənzərsiz bir gecə yaşatdıq.

ŞİDDƏTİ DUYMAQ
“AVON – AİLƏDAXİLİ ŞİDDƏTƏ YOX” TƏQDİMATI

ŞİDDƏTİ DUYMAQ
“AVON – AİLƏDAXİLİ ŞİDDƏTƏ YOX” TƏQDİMATI

Dünyanın dörd bir tərəfindən qadınları gücləndirmək üçün çalışan Avon, çağımızın ən önəmli ictimai probləmlərindən biri olan Ailədaxili Şiddət və Qadına Qarşı Şiddət mövzusundakı çalışmalarını Türkiyədə də başlatmaq adına yaratdığı sosial məsuliyyətlilik layihəsi təqdimatında bizimlə çalışmağı seçdi.

Bəs ailədaxili şiddəti, bəlkə də həyatlarında heç şiddətə məruz qalmamış 50 – ə yaxın jurnalist və mətbuat mənsublarına necə yaşada bilərdik ? Sadəcə bir video izlədərək əsla istənilən təsiri yarada bilməyəcəyimizi bilirdik. Avon təşkilati ünsiyyət departamentilə birlikdə çalışaraq fərqli bir təcrübə yaratmaq istədik.

Hər bir iştirakçıya göz bantı verdik və gözlərini bağlamalarını istədik. Qaranlıq bir mühitdə, nə olacağından xəbərsiz gözləyirdilər. Birdən eşitdikləri ağlayan uşaq səsləri, təcili yardım həyəcan siqnalları ilə diksindilər. Salon içində gəzən teatr komandamız fərqli bir şiddət ssenarisini səsləndirərək gözləri bağlı tamaşaçılar arasında dolanmağa başladılar. Səslərdən hiss etdikləri qorxunu, diksinməyi və yaratdığımız təsiri, qonaqlarımızın üzlərindən oxuya bilirdik.

Qonaqlara həm şiddet mövzusunda unudulmaz bir təcrübə yaşatdıq həm də marka üçün bənzərsiz WOM təsiri yaradaraq bu təqdimatı adi mətbuat konfransı olmaqdan çıxardıq.

AVON ENERJİ TOPLANTILARI

AVON ENERJİ TOPLANTILARI

Qanların qadınlar üçün çalışdığı, dünyanın ən böyük satış təmsilçisi şəbəkəsinə sahib Avon, illərdir davam edən marka ifadəsini və strategiyasını dəyişdirdi. Biz də yeni ifadəni satış təmsilcilərinə mənimsətmək və təmsilçilər arasındaki bağı qüvvətləndirmək üçün nəhəng bir motivasiya və enerji toplantısı təşkil etdik.

“Gözəlliyə deyə qatır” ifadəsindən qidalanaraq hazırladığımız bir-birindən yaradıcı fikirlər, təqdimatı təşkil edilən yeni məhsullar üçün təcrübe sahələri və bənzərsiz marka təcrübəsilə dolu, 3 gün davam edən 250 nəfərlik unudulmaz bir tədbir gerçəkləşdirdik.

AVON WEB SƏHİFƏ TƏQDİMATI

AVON WEB SƏHİFƏ TƏQDİMATI

Dünyanın ən böyük birbaşa satış şəbəkəsinə sahib olan Avon ilk dəfə bu satış şəbəkəsini rəqəmsal aləmə daşıyaraq bu böyük dəyişikliyin mətbuat təqdimatını bizimlə həyata keçirmək istədi.

Bu layihənin Avon üçün böyük bir dəyişikliyi ifadə etdiyini bilirdik və bütün hazırlıqlarımızı ona görə planladıq. The Marmara Hotel – də gerçəkləşən və 90 mətbuat mənsubunun qonaqlandığı təqdimatda, ikramlar fonunda web səhifənin ətraflı izah olunduğu bir toplantı təşkil etdik.

Bu səhifənin ən önəmli özəlliklərindən biri olan; ən yaxın təmsilçi ilə online görüş təşkil edilərək məhsullar haqqında məlumatlandırılma özəlliyini qonaqlara təcrübələndirmək üçün toplantı salonu və təmsilçi ofisin arasında canlı yayın bağlantısı gerçəkləşdirdik.

Ayrı sahəyə qurduğumuz xüsusi köşklərdə web səhifəni təcrübədən keçirmə imkanı təmin edilərkən Avon da ilk online sifarişləri bu şəkildə almış oldu. Bir- birindən seçmə Avon məhsullarını qonaqlara hədiyyə etdiyimiz təqdimatın səhnə quruluşu, catering xidməti və texnik fundamenti daxil hər incəliyi TG imzası daşıyırdı.

BAYER MANAGEMENT MEETING

BAYER MANAGEMENT MEETING

Bayerin fəaliyyət göstərdiyi hər sahədə dünya lideri olmasının və milyonlarla insanın həyatının yaxşılaşdırmasının təməlində; yenilik, böyümə və innovativ bir şirkət olması yatır. Həmçinin, işçilərinin motivasiyasının ən yüksək səviyyədə olması və hər birinin ayrı-ayrılıqda marka elçisi olması üçün hazırladığı bənzərsiz daxili ünsiyyət toplantıları da Bayeri bənzərsizləşdirən xüsusiyyətlərdəndir.

Bu toplantılardan biri də Tourismo Group olaraq Sabancada gerçəkləşdirdiyimiz, Ali Poyrazoğlunun möhtəşəm səhnə performansı, maraqlı sürprizlər və workshoplar fonunda motivasiya və komanda ruhunun gücləndirildiyi 400 nəfərlik VIP tədbirdir. 2 gün davam edən tədbirdə, iştirakçılar Bayerin strateji təqdimatlarından öz teatr performanslarına və öz kokteyllərini hazırlamaqlarına qədər bir çox əyləncəli fəaliyyətə qatıldılar.

GILEAD YÖNETİCİLER TOPLANTISI

GILEAD YÖNETİCİLER TOPLANTISI

Dünya çapında həyatı təhdid edən xəstəliklər mövzusunda yenilikçi müalicələr kəşf edən inkişaf etdirən Gilead Sciences, hər il təşkil etdikləri, keçmiş ili dəyərləndirdikləri və gələcək ilə dair plan hazırladıqları İdarəçilər Toplantısının təşkilatçılığını bizə əmanət etdi.

Tədbir Bodrum Hilton Oteldə 2 gecə 3 gün davam etdi. Tədbirə xüsusi olaraq 26 metrlik nəhəng bir səhnə hazırladıq. Toplantıların ardından təşkil olunan əyləncə və motivasiya fəaliyyətlərində qonaqlara hədiyyə payladıq. VIP axşam yeməkləri və təknə gəzintilərilə qonaqlarımıza qüsursuz bir şəkildə xidmət göstərdik.

GROUPAMA SA – KOMİTƏ TOPLANTISI

GROUPAMA SA – KOMİTƏ TOPLANTISI

Fransanın ən böyük müştərək siğorta şirkəti olan Groupama, 13 milyon və 34000 işçilərilə kənd təsərrüfatı və səhiyyə siğortalarından evdə qulluq siğortalarına qədər bir çox sahədə lider mövqedədir.

Groupama, siğortaçılıq və bankçılıq sahələrində müştərilərinin ehtiyac və tələblərinə görə şəkilləndirilmiş məhsul və xidmətlər təqdim etməkdədir. Groupamanın 7 ildir Parisdə təşkil olunan və CEO – larının toplandığı Dünya CEO Toplantısının ilk dəfə İstanbulda, TG tərəfindən təşkil edilməsinə qərar verildi.

Bizim üçün böyük bir qürur qaynağı olan bu tədbirdə Türk mədəniyətinin rəmzi hədiyyələrilə qarşıladığımız bir-birindən önəmli yüksək səviyyəli müsafirlərimizi Çırağan Sarayında qəbul etdik.

Sultanahmetdə təşkil etdiyimiz xəzinə ovu kimi maraqlı komanda fəaliyyətləri, bir-birindən özəl gala və kokteyllər fonunda motivasiya və enerjisi yüksək keçən bu 4 günlük görüşmədə dünyanın fərqli nöqtələrindən seçilmiş qonaqları “sıfır” səhv və maksimum məmnuniyyət ilə qəbul etmək isə bizim üçün önəmli bir təcrübə oldu.

  • ADRES

    İSTANBUL

    TUNCAY ARTUN CADDESI
    NO: 68 REŞİTPAŞA
    SARIYER

    BAKU

    AZ 1095 BAKI SEHERİ
    SEBAİL RAYONU
    RESUL RZA KÜÇESİ MEN
    43-44 1095
    AZERBAİJAN

    2016 © TOURISMO GROUP. ALL RIGHTS RESERVED.

TG AİLƏSİ İLƏ TANIŞ OLUN

İstanbul və Bakı ofislərimizdə 70 – ə yaxın personalımızla multi-brend bir təcrübə , tədbir-təşkilat şirkətiyik. Sahib olduğumuz ən böyük dəyər, əməkdaşlarımızın yaradıcılığı və bunu ən yüksək səviyyədə saxlaya bilmək üçün təşkil etdiyimiz daha rahat, daha maraqlı çalışma mühitimiz… Gəlin tanış olaq; markanız və hədəf kütləniz üçün nələr edə biləcəyimizi danışaq.

YUXARI ÇIK
Studio Drewna